14 
Fev
2020
20:15
16
274
8673
Virtual karabakh

Çox işlədiyi üçün həmkarları tərəfindən döyülüb öldürüldü - FOTO

14 Fev, 2020
20:15
8673

Çox işlədiyi üçün həmkarları tərəfindən döyülüb öldürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində bir neçə şəxs iş yoldaşlarını döyərək öldürüblər.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 21 yaşlı Xəlil Kiraz Maltəpədə iş yoldaşları tərəfindən döyülüb.

Belə ki, hoteldə işləyən X.Kirazın “çox işləməsi” mövzusu onunla iş yoldaşları arasında mübahisəyə səbəb olub. Mübahisə böyüyüb və beş nəfər iş yoldaşı X.Kirazı döyüblər.

Huşunu itirmiş Kiraz xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib və beş ay sonra orada vəfat edib.

İş yoldaşları onun yıxılaraq yaralandığını desələr də, onu döyməkdə və ölümünə səbəb olmaqda şübhəli bilinən həmin şəxslər - Batuhan A., İslam K., Kerem N., Erkal Ç., Ufuk K. saxlanılıb.

İstintaq prosesində onların X.Kirazı hoteldə çox işlədiyi üçün döyərək ağır yaraladıqları və pilləkənlərdən aşağı itələdikləri məlum olub.

Onlar əvvəl də X.Kirazla “sən çox işləyib pis nümunə olursan, müdir bizim də sənin qədər işləməyimizi istəyir”, - deyə dava ediblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri