20 
Fev
2020
15:24
169
19
1766
Virtual karabakh

Zelenski Çindən təxliyyə olunan vətəndaşları Ukraynaya buraxmaq istəməyənləri qınadı

Ukrayna Prezidenti Vladimir Zelenski Çindən təxliyyə olunan vətəndaşları ölkəyə buraxmaq istəməyənləri qınayıb.

Bu barədə Ukrayna prezidenti “Facebook” hesabında yazıb.

“Təhlükəli olan virusun yayılması deyil, bizim insan və ukraynalı olmağımızı unutmağımızdır”, - deyə ölkə başçısı bildirib.

V.Zelenski təyyarənin təxliyyə olunanlarla birlikdə Ukraynaya uçduğunu deyib: 

“Onlar Poltava yaxınlığında Milli Qvardiyanın qapalı tibb mərkəzinə yerləşdirilərək tamamilə təcrid olunacaq və həmin şəxslərlə bağlı lazımi təhlükəsizlik tədbirləri görüləcək”.

“Bir ukraynalı həmişə ukraynalı olaraq qalır. Uhanda müvəqqəti qalmaq və ya Kanadaya mühacirət etmək onu ölkəsi üçün yad insan etmir. Hökumət çətinlik çəkən hər kəs üçün mübarizə aparacaq. Cəmiyyətin də eyni davranacağını ümid edirəm”, - deyə Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri