24 
Fev
2020
10:36
144
28
3754
yuxarı
İran hökuməti Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb edir
24 Fev, 2020
10:36
3754
144
28
İran hökuməti Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb edir
İran Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək, hökumət minimal itkilərlə bu problemin öhdəsindən gəlməyə çalışacaq.
“RİA Novosti”nin məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bəyan edib.
“Bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar tərəfindən xalqın sağlamlığı üçün lazımi tədbirlər görüləcək. Ən qısa müddətdə minimum itkilərlə xəstəliyə nəzarət etmək istəyirik”, - deyə o bildirib.
İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. Onlardan səkkizi ölümlə nəticələnib. Yoluxma Qum şəhərindən başlayıb.
Həkimlərin dediyinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da ora gediblər. Artıq ölkənin bir neçə əyalətində təhsil müəssisələri bağlanılıb, kütləvi tədbirlər ləğv edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
26 
Apr
2024
18:00
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
25
0
256
26 
Apr
2024
15:22
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
57
11
389