Apr
2020
16:42
95
436
11114
Virtual karabakh

Ramzan Kadırov sürücünü döyən polisi mükafatlandıracaq - VİDEO

6 Apr, 2020
16:42
11114

Ramzan Kadırov sürücünü döyən polisi mükafatlandıracaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramzan Kadırov özünütəcrid qaydalarını pozan sürücüyə qarşı fiziki güc tətbiq edən polis əməkdaşını müdafiə edib.

“Qroznı” telekanalı xəbər verir ki, Çeçenistan prezidenti bu barədə hökumət üzvləri ilə iclasda açıqlama verib.

“Minlərlə insanı dəfn etməkdənsə, bir şəxsi vurmaq daha yaxşıdır. Məhz bu səbəbdən sərt tədbirlər həyata keçirilir. Kimi lazımdırsa, dəyənəklə döyəcəm. Xalqımı qorumaq naminə qaydalara riayət etməyən şəxsləri həbsxanalara, zirzəmilərə salacağam”, - deyə Kadırov bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Çeçenistanın Arqun şəhərində karantin qaydalarını pozaraq, küçəyə çıxan gəncin polis tərəfindən döyülməsini əks etdirən görüntülər yayılmışdı. Polis əməkdaşının davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri