15 
May
2020
06:40
123
46
2631
Virtual karabakh

“Google” “Play Music” servisinin fəaliyyətini dayandırır

15 May, 2020
06:40
2631

“Google” “Play Music” servisinin fəaliyyətini dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti “Play Music” servisinin fəaliyyətini cari ilin sonunda dayandıracaq.

Köhnə xidməti “YouTube Music” əvəz edəcək.

Korrespondent.net şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, tərtibatçılar istifadəçilərin telefonunda olan musiqi siyahısının “Play Music”dən birbaşa “YouTube Music”ə köçürülməsi üçün xüsusi tətbiq hazırlayıblar.

Hələlik istifadəçilərin hər iki xidmətə girişi sərbəstdir.

“Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri