14 
İyl
2020
14:03
19
123
3423
Virtual karabakh

Azərbaycanlı vəkil Yefremovun rüşvət vermək istəməsi ilə bağlı görüntüləri şərh etdi - VİDEO

14 İyl, 2020
14:03
3423

Azərbaycanlı vəkil Yefremovun rüşvət vermək istəməsi ilə bağlı görüntüləri şərh etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Əməkdar artisti Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev aktyorun qəzadan sonra polis əməkdaşına pul vermə cəhdini şərh edib.

Bu barədə RBK xəbər yayıb.

“Qəza zamanı o (Yefremov), ümumiyyətlə, düşünə bilmirdi. Ondan nə istəmək olardı ki?”, - deyə E.Paşayev bildirib.

Vəkil, həmçinin, videonu “hayp” adlandırıb.

Qeyd edək ki, iyulun 13-də “60 dəqiqə” proqramının efirində Mixail Yefremovun qəzadan sonra pul təklif etməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda müfəttiş protokolu doldurarkən, artistin “Qoyun mən gedim, sonra sizə pul ödəyərəm” dediyi eşidilir.

Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sonuncunun sürücüsü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Aktyorun özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri