Avq
2020
19:30
267
51
4069
Virtual karabakh

53 il ayrı qalan bacıları koronavirus yenidən qovuşdurdu

2 Avq, 2020
19:30
4069

53 il ayrı qalan bacıları koronavirus yenidən qovuşdurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Nebraska ştatında 53 il ayrı qalan bacılar koronavirus sayəsində yenidən bir-birinə qovuşub. 

Bununla bağlı CNN məlumat yayıb. 

May ayında 73 yaşlı Doris Krippen koronavirusa yoluxub. Əvvəlcə o, bunun adi soyuqdəymə olduğunu düşünüb, ancaq bir müddət sonra taqətsizlik nəticəsində qadın yıxılıb və qolunu sındırıb. Onu xəstəxanaya çatdırıblar və məlum olub ki, Doris koronavirusa yoluxub. 73 yaşlı qadın 30 gün xəstəxanada müalicə almalı olub.

Bundan sonra Doris Fremont şəhərindəki reabilitasiya mərkəzinə müraciət edib. Məhz burada o, bacısı, 53 yaşlı Bev Boro ilə qarşılaşıb. Bev bu mərkəzdə 20 ildən çox çalışıb. Krippenin soyadını siyahıda görəndə Bev onun bacısı olduğunu anlayıb. 

Krippen deyib ki, əgər onu reabilitasiya mərkəzinə göndərməsəydilər, bacısını tapmayacaqdı. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri