25 
Sen
2020
10:48
13
103
3253
Virtual karabakh

Koronavirusun ikinci dalğasının əsas göstəriciləri açıqlandı

25 Sen, 2020
10:48
3253

Koronavirusun ikinci dalğasının əsas göstəriciləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusa yoluxma dalğalarını qiymətləndirmək üçün xəstələnənlərlə sağalanlar arasındakı nisbəti əsas götürmək lazımdır”.

RBK-nın məlumatına görə, bunu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Səhiyyə İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç deyib.

“Moskvada evə buraxılanların sayı stabil şəkildə xəstəxanaya çatdırılan və müəyyən edilən yoluxmaların sayını üstələyir. Bu, çox yaxşı dinamikadır”, - deyə L.Popoviç bildirib.

O, digər ərazilərdə statistikanın fərqli olduğunu da əlavə edib.

“Payızda yoluxanların sayının artması “ikinci dalğa” demək deyil. Dalğanın formal əlamətləri yoxdur, sadəcə, keçmiş dövrlə yeni dövr arasında fərqlər var”, - deyə L.Popoviç qeyd edib.

Öz növbəsində virusoloq Anatoli Altşteyn də qeyd edib ki, Rusiyada COVID-19-a yoluxmada artım müşahidə olunur, ancaq bunu ikinci dalğa adlandırmaq olmaz. Çünki hələlik birinci dalğa sona çatmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri