25 
Okt
2020
04:24
64
1067
5671
Virtual karabakh

Rusiyada dəhşət: Qadın dörd uşaqla yanaraq öldü - FOTO

25 Okt, 2020
04:24
5671

Rusiyada dəhşət: Qadın dörd uşaqla yanaraq öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Yakutiya respublikasında yaşayış evində baş verən yanğın bir qadın və dörd uşağın ölümünə səbəb olub.

“İnterfax” respublikanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Namsk rayonunun Krest-Kıtıl kəndində baş verən hadisə nəticəsində bir nəfər də yaralanıb.

Bildirilir ki, yanğın nəticəsində 160 kvadrat metrlik ev tamam yanıb.

İlkin varianta görə, yanğına qısa qapanma səbəb olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin işçiləri ilə birlikdə hadisə yerində yoxlama aparırlar.

Ümumilikdə, yanğının söndürülməsinə 5 ədəd yanğın söndürmə texnikası və 16 nəfər şəxsi heyət cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri