Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Facebook”, “Twitter” və “Instagram” Trampın hesabını dondurub - FOTO
“Facebook” və “Twitter”in ardınca “Instagram” sosial şəbəkəsi də ABŞ Prezidenti Donald Trampın hesabını dondurub.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Prezident Trampın “Instagram” hesabını 24 saat müddətinə bağlayırıq”, - deyə sosial şəbəkənin rəhbəri Adam Mosseri bəyan edib.
We are locking President Trump’s Instagram account for 24 hours as well. https://t.co/HpA79eSbMe
— Adam Mosseri 😷 (@mosseri) January 7, 2021
Bundan əvvəl prezidentin hesabını “Twitter” 12 saat, “Facebook” isə 24 saat müddətinə dondurduğunu elan etmişdi.
Bu sosial şəbəkələr və “Youtube” Trampın etirazçılara video müraciətini bloklayaraq, bunun qaydaları pozduğu barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Tramp qarşıdurmalar fonunda Kapitolinin yanına toplaşan nümayişçilərə seçkilərin ondan “oğurlandığını” demişdi.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Xamenei: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
- D.Tramp siyasəti Azərbaycan iqtisadiyyatı üçün hansı təhdidlər formalaşdırır?
- ABŞ-dəki ukraynalıların taleyi sual altında: Miqrasiya siyasəti onlara da şamil olunacaq?
- Vaşinqtonda Trampın siyasətinə qarşı mitinq keçirildi
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür