27 
Yan
2021
21:01
107
324
3481
Virtual karabakh

Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq

27 Yan, 2021
21:01
3481

Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze rusiyalı senator Qriqori Karasin ilə növbəti görüşündə iki ölkə arasındakı quru sərhədinin açılması məsələsini müzakirə edəcək.

Bu barədə TASS məlumat  yayıb.

“Rusiya ilə sərhədin açılması epidemioloji vəziyyətdən asılıdır. Problem məhz elə bundadır. Ümid edirəm ki, tezliklə həm bizdə, həm də bütün dünyada koronavirusla bağlı vəziyyət sabitləşəcək və biz sərhədlərin açılması məsələsini müzakirə edə biləcəyik”, - deyə Abaşidze bildirib.

Gürcüstanlı diplomatın sözlərinə görə, o, yaxın zamanlarda Q.Karasin ilə onlayn görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında yeganə quru yolu olan Kazbek - Yuxarı Lars sərhəd keçid məntəqəsi 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən bağlanıb. İki ölkə arasında hava əlaqəsi də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyadan sonra dayandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri