28 
Yan
2021
13:12
24
250
1649
Virtual karabakh

Azərbaycan vətəndaşları dövlətin koronavirus siyasətini necə qiymətləndirir? - Beynəlxalq sorğu

28 Yan, 2021
13:12
1649

Azərbaycan vətəndaşları dövlətin koronavirus siyasətini necə qiymətləndirir? - Beynəlxalq sorğu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşları hökumətin COVID-19-a qarşı həyata keçirdiyi mübarizə tədbirlərindən razı olduğunu ifadə edib.

“RİA Novosti” agentliyi bu barədə nüfuzlu “Gallup İnternational”ın (Müstəqil Tədqiqat Agentliklərinin Beynəlxalq Assosiasiyası) apardığı araşdırmaya əsasən xəbər yayıb.

Noyabr-dekabr aylarında “Gallup İnternational” müxtəlif ölkələrdən olan insanların 2021-ci il üçün gözləntiləri barədə sorğu keçirib.

Layihə çərçivəsində 47 ölkədə 44 mindən çox insanın fikri öyrənilib. Xüsusilə, respondentlərdən koronavirusla mübarizədə hökumətin fəaliyyəti ilə bağlı fikirləri öyrənilib.

Ümumilikdə dünya əhalisinin 54 faizi vətəndaşı olduğu dövlətin koronavirus pandemiyası ilə uğurla mübarizə apardığına inanır, 42 faiz bu fikirləri bölüşmür.

“Hökumətin pandemiyaya qarşı apardığı mübarizə ilə Vyetnam (100 faiz), Koreya (89 faiz), Hindistan və Azərbaycan (hər biri 86 faiz) sakinləri razıdır”, -  “Gallup İnternational”ın tədqiqatda qeyd olunur.

Sorğuda hökumətin gördüyü tədbirlərdən ən çox narazı qalan Ukrayna (77 faiz), Bosniya və Herseqovina (75 faiz) və ABŞ (67 faiz) sakinləri olduğu məlum olub. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri