Apr
2021
15:54
328
15
2404
Virtual karabakh

Erməni hərbçilərin yaxınları İrəvan-Gümrü dəmir yolunu bağladı

9 Apr, 2021
15:54
2404

Erməni hərbçilərin yaxınları İrəvan-Gümrü dəmir yolunu bağladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərinin yaxınları bu gün səhər saatlarından etibarən İrəvan-Gümrü dəmir yolunu bağlayıblar.

“Sputnik” Ermənistan xəbər verir ki, bu barədə Cənubi Qafqaz dəmir yolu şirkətinin mətbuat katibi Ruben Qrdzelyan məlumat yayıb.

O, qeyd edib ki, nəticədə qatarların sözügedən marşrut üzrə hərəkəti dayanıb:

“Sərnişindaşıma qrafiki pozulub. Elektrik qatarları stansiyalarda qalıb”.

Qeyd edək ki, bu gün Qarabağ müharibəsi zamanı itkin düşən Ermənistan hərbçilərinin yaxınları ölkənin müdafiə nazirliyinin binasını mühasirəyə götürüb.

Nazirliyin əməkdaşları artıq 24 saatdan çoxdur iş yerlərini tərk edə bilmirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri