20 
Apr
2021
16:00
360
12
1637
Virtual karabakh

Türkiyə özü istehsal etdiyi yeni koronavirus peyvəndinin ilk sınaqlarına başlayır

20 Apr, 2021
16:00
1637

Türkiyə özü istehsal etdiyi yeni koronavirus peyvəndinin ilk sınaqlarına başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə koronavirusa qarşı yeni peyvəndin ilk klinik sınaqları başlayır.

“TRT Haber” məlumat verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Fuat Oktay deyib:

“Selcuk Universiteti professoru Osman Erganişin hazırladığı peyvənd nümunəsi klinik sınaqdan əvvəlki mərhələni bitirib və birinci mərhələ sınaqlarına başlayır”.

Onun sözlərinə görə, hazırda koronavirusa qarşı 18 yerli peyvənd üçün hazırlıqlar gedir. Belə ki, onlardan 7-si ümidvericidir; bunların dördü klinik tətbiq mərhələsindədir.

Oktay bildirib ki, Kayseri Erciyes Universiteti professoru Aykut Özdarendeli tərəfindən hazırlanan peyvənd son klinik mərhələni yaxında tamamlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri