İyl
2021
09:54
176
37
4511
Virtual karabakh

Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb - FOTO/VİDEO

7 İyl, 2021
09:54
4511

Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən doqquzunun cəsədi tapılıb.

Bu barədə TASS təcili yardım xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün genetik müayinəyə ehtiyac olacaq.

Hazırda axtarış işləri davam edir.

O da vurğulanıb ki, xilasedicilər və könüllülər cəsədləri dənizdə qabarma başlayana kimi axtaracaqlar.

“Hazırda çəkilmədir, biz cəsədlərin dənizə sürüklənəcəyindən narahatıq. Buna görə axtarışa dalğıc xidmətinin cəlb edilməsi qərara alınıb”, - deyə diyar hökumətinin sədr müavini Serqey Mironov bildirib.

Məlumata görə, təyyarənin qalıqlarını və ölənlərin cəsədlərinin axtarılması üçün qəza yerinə iki helikopter göndərilib. Əlavə olaraq axtarışda quru xilasetmə qüvvələri və könüllülər iştirak edir.

Xatırladaq ki, iyulun 6-da Rusiyada An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb. Təyyarədəki 22 sərnişin və altı heyət üzvü arasında sağ qalan olmadığı bildirilir. Faciə ilə əlaqədar Kamçatkada üç günlük matəm elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri