Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib.
Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib.
Qeyd edək ki, Merkel ilk dəfə 2019-cu ildə Ukrayna prezidenti Vladimir Zelenskini qarşılayarkən titrəmə keçirib. O zaman kanslerin rəngi ağarıb və ayaq üstə dayanmaqda çətinlik çəkib. Elə həmin il Merkelin Britaniya Baş naziri Boris Consonun qarşılanma mərasiminə oturaq vəziyyətdə qatılması diqqətdən yayınmayıb.
Həkimlər titrəmələrin Parkinson və ya skleroz xəstəliklərinin müxtəlif formalarının əlamətləri olduğunu ehtimal ediblər.
Mənbə: “Haber Global”
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya prezidenti Bakıdan paylaşım etdi
- Almaniyada qəribə hadisə: Polis saatlarla qadın kuklanın "qətlini" araşdırdı
- Almaniya İkinci Dünya müharibəsindən sonra ilkə imza atdı
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr istədi