Dek
2021
05:30
42
224
2802
Virtual karabakh

Amerikalı yeniyetmə məktəbdəki qətliamı “Qara Cümə”də alınan silahla törədib - FOTO

2 Dek, 2021
05:30
2802

Amerikalı yeniyetmə məktəbdəki qətliamı “Qara Cümə”də alınan silahla törədib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Miçiqan ştatında məktəbdə qətliam törədən yeniyetmə atasının hadisədən dörd gün əvvəl “Qara Cümə”də aldığı tapançadan istifadə edib.

Bu barədə yerli hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, şübhəli, atasının endirim zamanı aldığı “Sig Sauer SP” tapançasından atəş açıb. Silahda azı iki daraq (hər birində 15 ədəd) güllə olub. Yeniyetmə saxlanılarkən cəmi yeddi güllə qalıbmış.

Bundan əlavə, yerli hakimiyyət orqanları hadisədən əvvəl sosial mediada yayılan silahlı hücum olacağı ilə bağlı xəbərdarlıqdan məlumatlı olub, ancaq bu xəbərləri yoxlamaq lazım imiş.

Xatırladaq ki, noyabrın 30-da günorta Oksforddakı məktəbə silahlı hücum olub. Fövqəladə vəziyyətdən beş dəqiqə sonra hücumçu saxlanılsa da, bu müddət ərzində artıq 3 nəfər həlak olmuş, daha 8 nəfər yaralanmışdı. Atıcının məktəbin 15 yaşlı şagirdi olduğu ortaya çıxıb.

Baş verənlər barədə FBŞ prezidenti Co Baydenə məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri