Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Amerika məktəbində atışma: 3 ölü, 6 yaralı – VİDEO
ABŞ-ın Miçiqan ştatının Oksford şəhərindəki məktəbdə baş verən atışma nəticəsində 3 nəfər həlak olub, 6 nəfərsə güllə yarası alıb.
Bu barədə polisin sözçüsü mətbuat konfransında məlumat verib.
Nümayəndənin sözlərinə görə, məktəbdə olarkən hücum edən şəxs yarıavtomatik tapançadan 15-20 atəş açıb. Hüquq-mühafizə orqanlarının rəsmisi bildirib ki, qurbanlar çoxu şagirdlərdir.
Polisin məlumatına görə, atəşi 15 yaşlı tələbə açıb. Cinayətkar çox güman ki, təkbaşına hərəkət edib.
Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, hücum edən şəxs təslim olub, zabitlərə atəş açmayıb və özü də xəsarət almayıb.
Mənbə: “RİA Novosti”