2 
Dek
2021
08:18
203
35
1793
yuxarı
Çin ABŞ-ın “Demokratiya sammiti”ni tənqid atəşinə tutdu
2 Dek, 2021
08:18
1793
203
35
Çin ABŞ-ın “Demokratiya sammiti”ni tənqid atəşinə tutdu
“ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti” dünyada parçalanma və qarşıdurma yaradır, ölkələr arasında birliyə və əməkdaşlığa ciddi zərbə vurur”.
Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Benbin deyib.
O, məhz bu məqamlara görə, bir çox ölkələrin sammitə qarşı çıxdığını bildirib.
Onun sözlərinə görə, ABŞ öz standartlarına uyğun siyasət həyata keçirir, ölkə və regionların bir qismini ABŞ demokratiyası düşərgəsinə qoşmaq istəyir, bu zaman digər qisim ölkələr qeyri-demokratik adlandırılır.
“Bu cür davranış beynəlxalq sülh və sabitliyi təhlükə altında qoyur. Təbii olaraq, beynəlxalq ictimaiyyət buna qətiyyətlə qarşı çıxır”, - deyə Çin XİN rəsmisi bildirib.
Mənbə: RİA Novosti
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək