Dek
2021
19:21
429
106
5737
Virtual karabakh

Əfqanıstan-İran sərhədində döyüşlər dayandırılıb - YENİLƏNİB

1 Dek, 2021
19:21
5737

Əfqanıstan-İran sərhədində döyüşlər dayandırılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran sərhədçiləri və “Taliban” hərəkatının silahlıları arasında İran-Əfqanıstan sərhədində gedən atışma və artilleriya zərbələri mübadiləsi dayandırılıb.

Bu barədə “Etemad” qəzeti məlumat yayıb. Qeyd olunub ki, mövcud prosedurlara əsasən, tərəflər insidentlə bağlı təcili iclas keçirməlidir.

18:56

İran-Əfqanıstan sərhədində İran sərhədçiləri ilə radikal “Taliban” hərəkatının silahlıları arasında ağır silahların tətbiqi ilə irimiqyaslı toqquşma baş verib.

Bu barədə Əfqanıstanın “Aamaj New”s agentliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın şimalındakı Nimroz vilayətinin Kanq rayonunda intensiv silahlı toqquşmalar gedir. Taliban nümayəndələri yerli sakinlərdən evlərini tərk etmələrini xahiş edirlər.

Hazırda radikallar zirehli texnikaları sərhədə doğru daşıyırlar. Bundan əlavə, hər iki tərəf artilleriyadan fəal şəkildə istifadə edir.

Münaqişənin səbəbləri barədə məlumat verilmir.

Agentliyin məlumatına görə, intensiv silahlı toqquşmalar nəticəsində Əfqanıstan-İran sərhədində yerləşən bir neçə İran keçid məntəqəsi Taliban yaraqlılarının nəzarətinə keçib. Bir neçə iranlı sərhədçi radikallar tərəfindən əsir götürülüb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri