Dek
2021
04:20
174
75
2356
Virtual karabakh

Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO

6 Dek, 2021
04:20
2356

Çində sürücüsüz avtobusların sınaqlarına başlanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin istehsalı olan üç ədəd sürücüsüz avtobus kommersiya sınaqları üçün fəaliyyətə başlayıb.

Ölkənin texnologiya nəhəngi “Baidu” tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom sistemlə təchiz edilən avtobusların sınaqları ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində keçirilir.

Bildirilir ki, saatda təxminən 40 kilometr sürətlə hərəkət edə bilən “Robobus” avtobuslarının uzunluğu 5,9 metrdir. Özüdayanan avtobuslar mürəkkəb şəhər yolları şəraitində işləmək qabiliyyətinə malikdir.

Avtobuslardan istifadə etmək istəyənlər smart kartlardan və ya “Baidu” tərəfindən hazırlanmış kart oxuyucularından ödənişlərini edərək avtobuslara minə bilərlər.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri