20 
Yan
2022
01:07
16
210
3212
Virtual karabakh

ÜST-dən “Omikron”nun ştamları barədə XƏBƏRDARLIQ

20 Yan, 2022
01:07
3212

ÜST-dən “Omikron”nun ştamları barədə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun “Omikron” ştammının yayılmasından sonra COVID-19-un yeni variasiyaları yarana bilər.

Bu barədə xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus keçirdiyi brifinqdə edib:

“Bu pandemiyanın bitməsinə hələ çox var və “Omikron”un bütün dünyada inanılmaz formada yayılması ilə yeni variantlar ortaya çıxa bilər”.

ÜST rəhbəri koronavirusun yeni ştammları ilə bağlı vəziyyətin monitorinqinin və qiymətləndirilməsinin müstəsna əhəmiyyətini qeyd edib.

Qebreyesus onu da vurğulayıb ki, “Omikron” orta hesabla özündən əvvəlki ştamlar qədər şiddətli olmasa da, onun yüngül xəstəlik olduğu fikri yanlışdır. O, “Omikron”a yoluxanların xəstəxanaya yerləşdirmə və ölüm hallarına da səbəb olduğuna diqqət çəkib.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri