22 
Yan
2022
08:50
148
36
1855
Virtual karabakh

Fransa prezidentliyinə namizəd seçiciləri çipslərlə ələ almağa çalışıb - FOTO

22 Yan, 2022
08:50
1855

Fransa prezidentliyinə namizəd seçiciləri çipslərlə ələ almağa çalışıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Vergi Ödəyiciləri Assosiasiyasının siyasi təmsilçisi Nikolas Miqe Fransanın Sen-Vio şəhəri yaxınlığındakı kəndlərin şura üzvlərinə çips qutuları göndərib.

Bununla da o, qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək üçün onların imzalarını təmin etməyə çalışıb.

Belə ki, mövcud qanunvericiliyə görə, Fransa Respublikasının prezidentliyinə namizəd seçkili vəzifəli şəxslərdən 500 imza toplamalıdır.

Qeyd edək ki, Nikolas Miqe 2002-ci ildən bəri hər dəfə prezidentliyə namizəd olmağa çalışır, lakin hər dəfə də ictimaiyyətin dəstəyini qazana bilmir. Bu dəfə də “əbədi namizəd”in cəhdi baş tutmayıb.

Xatırladaq ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri