ABŞ prezidenti Co Bayden Vaşinqtonun Rusiyadan enerji daşıyıcıları idxalına qadağa qoyduğunu bəyan edib.
Onun sözlərinə görə, bu qərar ölkənin hər iki partiyası tərəfindən dəstəklənib.
Dövlət başçısı əlavə edib ki, ABŞ Avropadakı müttəfiqlərinin Rusiyadan enerji daşıyıcıları idxalına qoyulan qadağaya qoşula bilməyəcəyini anlayışla qarşılayır.
Mənbə: “RİA Novosti”