Mar
2022
20:47
676
34
2224
Virtual karabakh

“Victoria's Secret” Rusiyada fəaliyyətini dayandırır

9 Mar, 2022
20:47
2224

“Victoria's Secret” Rusiyada fəaliyyətini dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın məşhur “Victoria's Secret” qadın alt paltarları şirkəti Rusiyada fəaliyyətini müvəqqəti dayandırır.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Açıqlamaya görə, istehsalçı martın 9-da onlayn satışı dayandırır, martın 10-da isə brendin Rusiyadakı bütün satış məntəqələri bağlanacaq.

Hazırda “Victoria's Secret”in Rusiyadakı fəaliyyətini nə qədər müddətə dayandırdığı məlum deyil.

Qeyd edək ki, martın əvvəlində “Net-a-Porter”, “Mr Porter”, “Yoox” və “The Outnet” xarici reteyl platformaları məhsullarının rusiyalı alıcılara satışını dayandırdığını elan etmişdi. Analoji addımı “Hermes”, “Louis Vuitton”, “Mango”, “Asos”, “Nike”, həmçinin “Adidas”, “Puma” və digər məşhur şirkətlər də atıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri