Ukraynada “Fox News”un operatoru Pyer Zakrjevski həlak olub.
Media şirkətinin icraçı direktoru Syuzan Skott hadisə ilə bağlı açıqlama verib.
O qeyd edib ki, kanalın əməkdaşı bazar ertəsi Kiyev ətrafındakı Qorenka qəsəbəsində avtomobilinin atəşə tutulması nəticəsində ölüb.
Skottun sözlərinə görə, insident nəticəsində mərhumun həmkarı Benjamin Holl da yaralanıb.
Mənbə: infobae.com