28 
Mar
2022
21:55
21
415
7187
Virtual karabakh

Rusiya ilə müharibədə Ukraynanın itkiləri AÇIQLANDI

28 Mar, 2022
21:55
7187

Rusiya ilə müharibədə Ukraynanın itkiləri AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ilə Ukrayna arasında baş verən genişmiqyaslı müharibə nəticəsində Ukraynanın birdəfəlik itkiləri 564,9 milyard dollar təşkil edir.

Bu barədə baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko “Facebook”da yazıb.

Onun sözlərinə görə, dəymiş zərər aşağıdakı sahələri əhatə edir:

119 milyard dollar - infrastrukturun itirilməsi (demək olar ki, 8 min km yol, onlarla dəmir yolu stansiyası, hava limanları dağıdılıb və zədələnib).

2022-ci ildə 112 milyard dollar ÜDM itkisi.

90,5 milyard dollar - mülki əhalinin itkiləri (10 milyon kvadratmetr yaşayış sahəsi, 200 min avtomobil, 5 milyon insanın ərzaq təminatı).

80 milyard dollar - müəssisə və təşkilatların itkiləri.

54 milyard dollar - Ukrayna iqtisadiyyatına birbaşa investisiyaların itkisi.

48 milyard dollar - dövlət büdcəsinin itkiləri.

“Hər gün rəqəmlər dəyişir və təəssüf ki, artır. Ona görə də Ukrayna bütün maneələrə baxmayaraq, təcavüzkardan kompensasiya ödənişlərini almağa çalışacaq. Həm məhkəmənin qərarı ilə, həm də Rusiyanın dondurulmuş aktivlərini dövlətimizə verməklə”, - deyə Sviridenko vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə otuz üç gündür ki, davam edir.

Mənbə: RBK-UKRAİNA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri