Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiya Ordusunun Kiyev vilayətində hərbi cinayət törədən hissə və bölmələrinin SİYAHISI açıqlanıb
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Buça, Qostomel və İrpendə hərbi cinayətlər törətmiş Rusiya Ordusunun hissə və bölmələrinin siyahısını dərc edib.
Bu barədə o, “Facebook” səhifəsində məlumat verib.
Həmin siyahını təqdim edirik:
Şərq Hərbi Dairəsinin 35-ci Ordusunun 64 əlahiddə motoatıcı briqadası;
Şərq Hərbi Dairəsinin 36-cı Ordusunun 5 əlahiddə tank briqadası;
98-ci Hava Desant Diviziyasının 331-ci paraşüt alayı;
106-cı hava-desant diviziyasının 137-ci paraşüt alayı;
76-cı hava-desant diviziyasının 104 və 234-cü hava hücumu alayları;
14 və 45-ci əlahiddə xüsusi təyinatlı briqadalar;
Rusiya Milli Qvardiyasının 63-cü xüsusi polis dəstəsi;
Sakit Okean Donanmasının 155-ci Əlahiddə Dəniz Piyadaları Briqadası.
Xatırladaq ki, Rusiya hərbçilərinin nəzarətindən azad edilmiş Kiyev vilayətinin ərazisindən həlak olmuş 410 nəfər dinc sakinin meyitləri çıxarılıb. Ukraynanın baş prokuroru İrina Venediktovanın açıqlamasına görə, məhkəmə-tibb ekspertləri artıq 140 qurbanın meyitlərinə baxış keçirib.
Mənbə: UNİAN
Mövzuya aid xəbərlər
- Makron: “Rusiya Buçadakı cinayətlərinə görə cavab verməli olacaq” - FOTO
- Zelenski rusiyalı əsgərlərin analarına müraciət ünvanladı
- Ukraynanın baş prokuroru: “Kiyev vilayətinin ərazisindən 410 nəfər dinc sakinin cəsədi çıxarılıb”
- Almaniya XİN rəhbəri Buça şəhərində baş verənlərdən sarsıldığını bildirib
Rəylər