Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə səfirliyi Kiyevə qayıdıb
Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib.
Bu barədə Türkiyənin Ukraynadakı səfirliyindən məlumat verilib.
Məlumatda həmçinin qeyd olunur ki, Türkiyənin diplomatik korpusu Kiyevi tərk edən sonuncu səfirlik olub.
Artıq sabahdan etibarən səfirliyin fəal iş rejiminə qayıdacağı bildirilir.
Qeyd edək ki, Kiyev ətrafında qızğın döyüşlərin getməsi səbəbiylə səfirlik müvəqqəti olaraq Çernivtsi şəhərinə köçürülmüşdü.
Mənbə: Haber Global
"Türkiyə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər