21 
Apr
2022
16:30
17
418
2586
Virtual karabakh

Mariupolda Sultan Süleyman və Hürrəm Sultanın xatirəsinə inşa edilən məscid zədələnib - FOTO

21 Apr, 2022
16:30
2586

Mariupolda Sultan Süleyman və Hürrəm Sultanın xatirəsinə inşa edilən məscid zədələnib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mariupolda türkiyəli xeyriyyəçi tərəfindən Osmanlı sultanı Sultan Süleyman və həyat yoldaşı Hürrəm Sultanın xatirəsinə inşa edilmiş məscid döyüşlər zamanı zədələnib.

Məlumata görə, məscid binasının özü salamat qalsa da, ona bitişik bəzi tikililərə, o cümlədən darvazasına və bağçasındakı fəvvarəyə ziyan dəyib.

Qeyd edilir ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən dinc sakinlərin, həmçinin məscidə sığınanların təxliyəsi üçün Rusiya Federasiyası və Ukrayna ilə intensiv diplomatik əlaqələr qurub. Daha sonra məsciddə olan mülki şəxslər təxliyə ediliblər.

Məscid Azov dənizinin sahilində, bir hektar torpaq sahəsində tikilib və 2005-ci ildə istifadəyə verilib. Bura müharibədən əvvəl Mariupolda turistlərin ən çox ziyarət etdikləri yerlərdən biri hesab olunurdu.

Mənbə: Anadolu Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri