10 
May
2022
03:57
175
21
5723
Virtual karabakh

Mask Roqozinin hədələrinə cavab verdi: “Əgər ölsəm…” - FOTO

10 May, 2022
03:57
5723

Mask Roqozinin hədələrinə cavab verdi: “Əgər ölsəm…” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask Rusiyanın “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozinin hədələrinə cavab verib.

Bununla bağlı o, özünün “Twitter” hesabından iki paylaşım edib.

Birinci tvitində o, Azov alayını müdafiə edib və bildirib ki, “nasist” termini Roqozinin başa düşdüyü mənanı vermir. Ekspertlərin fikrincə, biznesmen bununla “Roskosmos” rəhbərini Moskvanın fəaliyyətinə baxması ilə bağlı incə eyham vurur.

İkinci paylaşımda Mask Roqozinin təhdidlərinə istehza ilə cavab verib.

“Roqozin bunu Rusiya mediasına göndərib... Əgər mən müəmmalı şəraitdə ölsəm, sizi tanımaq xoş idi”, - deyə o, bildirib.

Xatırladaq ki, rəqəmsal transformasiya naziri Mixail Fedorov fevralın 26-da İlon Maska müraciət edərək, peyk internetə çıxış üçün “Starlink” stansiyalarını Ukraynaya göndərməsini istəmişdi. Mask ertəsi gün təklifə razılıq verib , bir gün sonra isə - fevralın 28-də abonent qutularının ilk partiyasını ölkəyə göndərib.

“Starlink” kompleksləri mobil və ya stasionar əlaqə olmasa belə istənilən şəraitdə yüksək keyfiyyətli internet əldə etmək imkanı verir.

Roqozin buna görə amerikalı sahibkarı hədələyərək, Ukrayna qüvvələrini hərbi rabitə ilə təmin etdiyinə görə cavab verməli olacağını deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri