14 
May
2022
14:13
54
203
4498
Virtual karabakh

BƏƏ-nin yeni prezidenti seçildi

14 May, 2022
14:13
4498

BƏƏ-nin yeni prezidenti seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni prezidenti seçilərək, vəfat etmiş prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyanı əvəzləyib.

Əyalətin 7 əmirliyindən ibarət olan BƏƏ Ali Şurası Məhəmməd bin Zayedin dövlət başçısı vəzifəsinə təyin edilməsi barədə qərar verib.

Məhəmməd bin Zayed bin Sultan Əl Nəhyan Əbu-Dabi əmirliyinin vəliəhdi və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanının müavinidir.

2004-cü ilin noyabrında Əbu-Dabi şahzadəsi və varisi təyin edilən Məhəmməd bin Zayed Əl Nəhyan 2005-ci ilin yanvarında Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin baş komandanının müavini təyin edilib. Eyni zamanda 2005-ci ilin yanvarında ona general rütbəsi verilib. Həmçinin Əbu-Dabi İnzibati Şurasının rəhbəri olan Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabinin inkişafı və planlaşdırılması üzrə cavabdeh şəxslərdəndir.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri