İyn
2022
02:58
85
58
1719
Virtual karabakh

Fransada məşhur içməli suyun qiyməti 20 ildə ilk dəfə 10% artacaq

2 İyn, 2022
02:58
1719

Fransada məşhur içməli suyun qiyməti 20 ildə ilk dəfə 10% artacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada ən məşhur içməli su olan “Cristaline” brendi son 20 ildə ilk dəfə olaraq 10% bahalaşacaq. Bu barədə BFM telekanalı məlumat yayıb.

İstehlak üzrə mütəxəssis Olivye Doverin sözlərinə görə, yaxın gələcəkdə içməli suyun qiyməti kəskin artacaq. Qiymət artımı 10% olacaq. İndi altı ədəd 1,5 litrlik şüşədəki “Cristaline” paketinin qiyməti təxminən bir avrodur.

Sonuncu dəfə “Cristaline” 2002-ci ildə, Fransa valyutası avroya dəyişdirilərkən bahalaşıb. Sonra isə qiymətin stabil qalmasına nail olunub. Bu, fabriklərin və su istehsalı mənbələrinin məhsuldarlığının artırılması hesabına mümkün olub. Lakin neftin qiymətinin qalxması ilə plastik də 39% bahalaşıb ki, bu da nəticədə nəqliyyat xərclərini də artırıb.

BFM kanalının hesablamalarına görə, Fransada saniyədə ən azı yeddi paket “Cristaline” suyu satılır.

Mayın sonunda Fransada isti və quraqlıq səbəbindən 24 departamentdə şirin sudan istifadə üçün xüsusi qaydalar elan edilib. Bu departamentlər əsasən ölkənin qərbində və cənubunda yerləşir. Hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına, bəzi hallarda isə bağların suvarılmasına qadağa qoyulub.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri