22 
İyn
2022
16:47
291
70
4737
Virtual karabakh

Rusiyada yoxa çıxan təyyarə tapılıb: Yaralananlar var - FOTO/YENİLƏNİB

22 İyn, 2022
16:47
4737

Rusiyada yoxa çıxan təyyarə tapılıb: Yaralananlar var - FOTO/YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yakutiyada yoxa çıxan “An-30” təyyarəsi aerodromun 70 kilometrliyində tapılıb, heyət sağdır.

Bu barədə regional FHN idarəsindən məlumat verilib.

Bildirilir ki, ərzaq daşıyan təyyarə Olenyok qəsəbəsi ərazisində sərt eniş edib. Heyət üzvlərindən üçünə tibbi yardım lazım olub.

14:42

Yakutiyada son 24 saat ərzində ikinci təyyarə yoxa çıxıb.

Belə ki, “An-30” eniş etməli olduğu Olenyok hava limanından təxminən 30 kilometr aralıda radarlardan itib.

Məlumata görə, kommersiya uçuşu həyata keçirən təyyarə Yakutsk - Olenyok marşrutu üzrə uçub. İlkin məlumatlara görə, təyyarədə 5 ekipaj üzvü və 6,3 ton yük (ərzaq) olub.

Axtarışlara Mi-8 helikopteri cəlb olunub.

Xatırladaq ki, iyunun 21-də Yakutiyada “An-2” təyyarəsi radardan itib.

Mənbə: Sakha Day

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri