15 
İyl
2022
02:19
8
169
2053
yuxarı
Antalyada ölü köpəkbalığı adamları qorxutdu - VİDEO
15 İyl, 2022
02:19
2053
8
169
Antalyada ölü köpəkbalığı adamları qorxutdu - VİDEO
Antalyanın Kəmər rayonunda dənizlərin sanitarı kimi tanınan və nəsli kəsilməkdə olan boz köpəkbalığının leşi insanları qorxudub.
Səhər saatlarında Kəmər rayonunda kanoe ilə dənizə çıxan vətəndaşlar suyun üzərində 1,5 metr uzunluğunda köpək balığının leşini görüblər. Əvvəlcə bundan narahat olan insanlar daha sonra ölmüş köpəkbalığını kəndirə bağlayaraq quruya çıxarıblar.
Antalya Universitetinin Balıqçılıq fakültəsinin müəllimi, prof. dr. Mehmet Gökoğlu tapılan köpəkbalığının təhlükəli növ olmadığını qeyd edib.
“Bu balıq dənizlərin sanitarıdır. Heç bir zərəri yoxdur. Dərində yaşayır. Gecə su üzünə qalxır. Böyük və ağırdır. Adətən, sahilə yaxınlaşmır. Hazırda ovu qadağandır”, - deyə məlumat verib.
Mənbə: Haber Global
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək