18 
İyl
2022
15:18
90
258
1180
yuxarı
Putin Tehrana səfəri zamanı İranın ali dini lideri ilə görüşəcək
18 İyl, 2022
15:18
1180
90
258
Putin Tehrana səfəri zamanı İranın ali dini lideri ilə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri zamanı (19 iyul) İranın ali dini lideri Əli Xamenei ilə görüşəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Putinin Türkiyə prezidenti ilə də görüşəcəyini xatırladıb.
Peskov Moskvanın dövlət başçılarının çox dolğun dialoq aparacağına ümidvar olduqlarını deyib.
Daha sonra Kremlin sözçüsü qeyd edib ki, Putin Rəisi ilə dronların alınmasını müzakirə etməyi planlaşdırmayıb. Eyni zamanda, o, Rusiya Federasiyasının guya İrandan pilotsuz uçuş aparatları almaq variantını nəzərdən keçirməsi ilə bağlı Vaşinqtonun xəbərinə heç bir şərhi olmadığını açıqlayıb.
Mənbə: Komsomolskaya Pravda
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək