22 
İyl
2022
13:54
53
148
2225
Virtual karabakh

100 milyondan çox insan təsirlənə bilər: Anomal istilər ABŞ-a çatdı

22 İyl, 2022
13:54
2225

100 milyondan çox insan təsirlənə bilər: Anomal istilər ABŞ-a çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropadan sonra ABŞ-ın da bir çox yerində havanın temperaturunda rekord səviyyədə istilik qeydə alınıb.

Bu barədə ABŞ Milli Meteorologiya Mərkəzi açıqlama verib.

Təhlükəli istilərin ABŞ-ın cənub-qərbində, cənubunda və şərqində 100 milyondan çox insana təsir edəcəyi bildirilir:

“ABŞ-ın əksər bölgələrində həftəsonu normadan yüksək temperatur davam edəcək. Bu, əhalinin böyük bir hissəsinin həddindən artıq isti hava şəraiti altında qalacağı anlamına gəlir”.

Bəzi bölgələrdə havanın temperaturunun 43 dərəcəyə qədər artacağı vurğulanır.

Ölkənin şimal-şərqində və cənub-şərqində isə şiddətli leysan və fırtınanın gözlənildiyinə diqqət çəkilir.

Həddindən artıq istilər 13 ştatda meşə yanğınlarına səbəb olub.

Nyu-York ştatında yaşayanlara yaxın günlərdə məcbur olmadıqları halda, xüsusilə günorta saatlarında çölə çıxmamaq barədə xəbərdarlıq edilib.

Vaşinqton meriyası bazar ertəsinə qədər şəhərdə isti hava ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Filadelfiyada xüsusi səhiyyə qrupları yerləşdirilib.

Mənbə: Sondakika

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri