Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlk marşrut açıqlandı: Avqustun 3-də Ukrayna taxılını daşıyan gəmi Türkiyə sularına daxil olacaq
Ukraynadan taxıl daşıyan 16 quru yük gəmisindən ibarət ilk karvan avqustun 3-də Türkiyənin ərazi sularına çatacaq.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Karvan yola çıxdığı andan etibarən pilotsuz uçuş aparatları vasitəsilə müşayiət olunacaq. Bundan əlavə, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər.
Qeyd olunur ki, Ankaranın təşəbbüsü ilə taxıl daşıyan ilk gəmilər Somali sahillərinə doğru yola düşəcək.
Bundan əvvəl Türkiyənin Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracının təşkili üzrə texniki işlərin başa çatdığını və bunun qısa müddətdə başlaması planlaşdırıldığını açıqlayıb.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan və Türkiyə Hərbi Dəniz qüvvələrinin təlimindən görüntülər
- Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatdı
- Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının birgə təlimi davam edir
- 70 kiloqram qızılla Türkiyədə saxlanılan azərbaycanlı polkovnik-leytenantla bağlı TƏFƏRRÜAT
- Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir
Rəylər