11 
Avq
2022
14:48
244
45
1899
Virtual karabakh

Ermənistan XİN Türkiyə ilə ikitərəfli görüşün keçiriləcəyini təsdiqləmədi - YENİLƏNİB

11 Avq, 2022
14:48
1899

Ermənistan XİN Türkiyə ilə ikitərəfli görüşün keçiriləcəyini təsdiqləmədi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin yeni görüşü ilə bağlı razılıq yoxdur”. 

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan məlumat verib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələrin görüşləri barədə ictimaiyyəti vaxtında və qabaqcadan məlumatlandırırıq”, -  deyə Unanyan bildirib.

Mənbə: Sputnik

13:54

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində 5-ci görüşün sentyabr ayında keçiriləcəyi açıqlanıb.

“Proses kövrəkdir, biz davamlı sülhü təmin etməliyik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Qeyd edilib ki, görüş düşmənlərin iclası deyil, ona görə də 3-cü ölkədə keçirilməyəcək.

İki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpasına qərar verilib və qarşılıqlı uçuşlar fevral ayından başlayıb.

Xüsusi Nümayəndələr ikinci iclasını fevralın 24-də, üçüncü iclasını isə mayın 3-də Vyanada keçiriblər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.

Dördüncü iclas iyulun 1-də Vyanada baş tutub. Görüşdə Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri - Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iştirak ediblər.

Mənbə: A Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri