13 
Avq
2022
11:03
283
16
870
Virtual karabakh

Şimali Koreyada maska rejimi ləğv edilib

13 Avq, 2022
11:03
870

Şimali Koreyada maska rejimi ləğv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən maska taxmaq və sosial məsafəyə riayət etmək tələbi KXDR-də ölkə lideri Kim Çen Inın virus üzərində qələbəsi barədə açıqlamasından sonra ləğv edilib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Lakin sərhədyanı rayonlarda bu ehtiyat tədbirləri qüvvədə qalır. Bundan əlavə, xəstəliyin simptomları zamanı maskaların taxılması tövsiyə olunur.

Xatırladaq ki, cari il mayın 12-də Pxenyan ilk dəfə olaraq KXDR ərazisində koronavirus infeksiyasının aşkarlanması barədə məlumat verib. Gündəlik artım mayın 15-də maksimum həddə (392 920) çatıb, bundan sonra göstərici tədricən azalıb.

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Ye Çjon bir müddət öncə qardaşının da “qızdırma” epidemiyası zamanı ağır xəstələndiyini elan etmişdi.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri