12 
May
2022
18:49
195
52
2334
Virtual karabakh

Kim Çen In ilk dəfə tibbi maskada görüntüləndi - FOTO/VİDEO

12 May, 2022
18:49
2334

Kim Çen In ilk dəfə tibbi maskada görüntüləndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyanın dövlət mediasında ilk dəfə olaraq KXDR lideri Kim Çen Inın tibbi maskalı görüntüləri yayımlanıb.

Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Agentlik Şimali Koreyada Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun mayın 12-də keçirilən iclası ilə bağlı süjetindən kadr yayıb. Görüntülərdə Kim Çen In sadə mavi-ağ tibbi maska taxdığı görünüb.

Xatırladaq ki, Şimali Koreya ölkədə ilk dəfə COVID-19-un “Omikron” variantına yoluxma hallarının olduğunu açıqlayıb. Hökumət “maksimum fövqəladə vəziyyət” üçün virusa nəzarət sisteminin tətbiqini elan edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri