Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda sürücüsü olmayan avtobusun qəzaya uğramasının səbəbi AÇIQLANDI
Bakıda marşrut avtobusunun maneəyə çırpılması texniki nasazlıq səbəbindən baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus "Fidan" MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək. Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir", - məlumatda qeyd olunub.
"Bayraq meydanı yaxınlığında qəzaya uğrayan avtobusda sürücüsü olmayıb".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.
"Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.
Park vəziyyətində olan "Daewoo" markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, hadisə Bayraq Meydanının yaxınlığında baş verib.
Belə ki, sürücünün idarəetməsindən çıxan avtobus əsas yolla bulvar arasında olan arakəsməyə çırpılıb.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Qəzanın görüntülərini təqdim edirik:
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Yük maşını evə çırpıldı: Xəsarət alan var
- "Azərişıq"ın avtomobili aşdı - Xəsarət alan var
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR
- Paytaxtda BMW və moped toqquşdu - Xanım sərnişin xəsarət aldı
- Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdülər: Həlak olan var