Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Təbabət üsulu ilə arıqlamaq istəyən şəxsin ölüm SƏBƏBİ BİLİNDİ
Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edərək vəfat edən Siyəzən sakininə "Digər xoralı kolitlər" diaqnozu təyin edilibmiş.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 24-də saat 10:33-də qida zəhərlənməsi şübhəsi ilə bir nəfər (kişi cinsli) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. 1987-ci il təvəllüdlü şəxsə "Digər xoralı kolitlər" diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.
Yaxınları bildiriblər ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə bir ay imiş, zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.
İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
"Arıqlama" teqi üzrə xəbərlər
- Antidepresant qəbul edən insanın nə qədər kökələcəyi öyrənilib
- Portağal və naringinin gizli təhlükələri
- Arıqlamaq üçün istifadə edilən dərmanlar onlarla britaniyalının ölümünə səbəb olub
- Qarının irəli çıxmasının gözlənilməz səbəbi açıqlandı - Mütəxəssisdən tövsiyələr
- Pəhrizlər arıqlamağa kömək etmir? - Fitnes-məşqçi səbəblərdən danışdı