Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Slovakiya Kiyevdən Azərbaycan qazının Ukrayna ərazisindən tranzitinə icazə verməsini tələb edir
Slovakiya Prezidenti Peter Pelleqrini ölkənin baş nazirinin Avropa İttifaqı sammitinin yekun sənədinə Ukraynanın öz ərazisindən qaz tranzitini bərpa etməsi çağırışının daxil edilməsi tələbini legitim hesab edir.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu sözləri Çexiya, Slovakiya və Avstriya prezidentləri arasında danışıqların keçirildiyi Çexiyanın Slavkov şəhərində mətbuat konfransı zamanı deyib.
"Mən başa düşürəm ki, Slovakiyanın baş naziri (Robert Fitso) sabah qəbul olunacaq qərarlar zamanı Ukraynanın öz mövqeyini yenidən nəzərdən keçirməsini və öz infrastrukturu vasitəsilə Slovakiya və digər ölkələrə, məsələn, Azərbaycandan, o cümlədən digər ölkələr alınan qazın tranzitinə icazə verməsi barədə bəyanatın daxil edilməsini istəyir. Mən bunu Slovakiyanın milli maraqlarının qorunmasının qanuni təzahürü hesab edirəm", - deyə Slovakiya prezidenti qeyd edib.
P.Pelleqrininin sözlərinə görə, Ukrayna bu zamana qədər əldə etdiyi köməklərə üçün minnətdarlığını nümayiş etdirəcək bir jest edə bilər.
"Slovakiya" teqi üzrə xəbərlər
- Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər
- Slovakiyada hərbi obyektdə PARTLAYIŞ: Fövqəladə vəziyyət elan edildi
- Makronun qərarı Avropanın üç dövlətini hiddətləndirib
- Parisdə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsi məsələsi müzakirə ediləcək
- Rusiya qazının "Türk axını" boru kəməri ilə Slovakiyaya tədarükü bərpa edildi