Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağadadaş Ağayevi döyən mühafizəçiyə HÖKM OXUNDU
Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən mühafizəçiyə hökm oxunub, ona iki il şərti cəza təyin edilib.
Xatırladaq ki, prokuror Nurəddin Cəlilova 2 il 6 ay şərti cəza verilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident 2024-cü ilin iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək, xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanılıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan N.Cəlilovun işi zərərçəkən Xalq artistinin iddiası əsasında ayrıca icraata verilib.
Onu da qeyd edək ki, məhkəmə istintaqı müddətində Ağadadaş Ağayev Nurəddin Cəlilovla razılıq əldə edərək barışıblar.

Elgün Həsənli
"Ağadadaş Ağayev" teqi üzrə xəbərlər
- Ağadadaş Ağayevə HÖKM OXUNDU
- Prokuror Ağadadaş Ağayevə cəza istəyib
- Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır
- "Bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi": Ağadadaş Ağayevin məhkəməsində şahid ifadələri
- Ağadadaş Ağayev yarım milyonluq iddiasını geri çəkdi