Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının təfərrüatı məlum olub.
Zərərçəkənlərin sözlərinə görə, çöldə balıq qızardarkən qaz balonu partlayıbmış:
"Oğlumun, qızımın və qonşuların evi yanıb. İçindəki əşyalar da məhv olub. Körpə övladım var. Yaşamağa yerimiz yoxdur" , - deyə zərərçəkən bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanğının səbəbi və digər məsələlər araşdırılır.
Gəncədə yaşayış binasında yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.