Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ermənistan ordusunun Azərbaycanla sərhəddə təxribatının QARŞISI ALINDI
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistan Respublikası ilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilmiş yanğının baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən, qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən yeddi hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yanğın törədilib.
Oxu.Az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfinin sərhəddə törətdiyi yanğın hadisəsi ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
"Ermənistanın təxribatları" teqi üzrə xəbərlər
- "Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq" - Deputat
- Ermənistan təxribatların miqyasını artırır: Hərbi-siyasi sabotajlar nədən xəbər verir?
- Hərbi ekspert: "Azərbaycan tərəfə açılan atəşi terror kimi də dəyərləndirə bilərik"
- Ermənistan COP29 ərəfəsində təxribat törədə bilər? - ŞƏRH
- Azərbaycana qarşı yeni təxribat üsulu: Avropa İttifaqının "Binokl diplomatiyası" nəyə işarədir?