Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Müəllimləri təhqir etdiyi deyilən məktəb direktoru ilə bağlı araşdırma aparılır
"Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktorun dərs saatlarını pulla satması iddiası ilə çıxış ediblər. Müəllimlər, həmçinin deyiblər ki, onlar direktor tərəfindən təhqir, hətta təhdid də edilirlər.
Müəllimlərin iddialarına görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
Aləmdə Nəsib
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" teqi üzrə xəbərlər
- Keçmiş məcburi köçkünlərin bəzilərinə TƏQAÜD VERİLƏ BİLƏR
- 600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
- Tələbə kartları ictimai nəqliyyatda da keçərli olacaq?
- Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsi necədir?
- İşəgötürənlərə vergi güzəştlərinin nəzərdə tutulması ilə bağlı TƏKLİF