Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çin rəsmisi: "Digər dövlətlər Ukrayna münaqişəsindən dərs çıxarmalıdırlar"
"Ukrayna münaqişəsinin həlli danışıqlar prosesinə əsaslanmalıdır".
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi ölkənin illik parlament iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, danışıqlar münaqişənin son nöqtəsi, eyni zamanda sülhün bərpasının başlanğıcıdır.
Çin rəsmisi əlavə edib ki, artıq üç ildən çoxdur davam edən münaqişənin həlli üçün vaxta ehtiyac var.
"Eyni zamanda digər dövlətlər davam etməkdə olan bu münaqişədən ibrət dərsi çaxarmalıdırlar", - deyə Çinin xarici işlər naziri bildirib.
"Çin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar