16 
Avq
2022
16:11
24
651
4229
Virtual karabakh

Türkiyə sərhədçilərinə raket hücumu: Bir şəhid, dörd yaralı - YENİLƏNİB + FOTO/VİDEO

16 Avq, 2022
16:11
4229

Türkiyə sərhədçilərinə raket hücumu: Bir şəhid, dörd yaralı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Şanlıurfa vilayətində PKK/YPG terrorçuları tərəfindən sərhədçilərə raket hücumu edilib. Hücum nəticəsində bir hərbçi şəhid olub, dörd hərbçi isə yaralanıb.

Bu barədə Şanlıurfa valisi Salih Ayhan xəbər verib.

Onun sözlərinə görə, terrorçulara layiqincə cavab verilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi də xəbəri təsdiqləyərək, Şanlıurfa sərhəd xəttində terrorçuların hücumundan sonra müəyyən edilən hədəflərin vurulduğunu və 13 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

14:44

Suriyanın Münbiç bölgəsindən Türkiyənin Karkamış rayonuna (Qaziantep) raketlər atılıb.

Məlumata görə, hücum PKK/YPG terrorçuları tərəfindən həyata keçirilib.

Ümumilikdə əraziyə altı raket atılıb, ancaq onlar boş sahəyə düşüb.

Bununla belə, yerli hökumət nümayəndələri sakinlərə küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər.

Hücuma Türkiyə Silahlı Qüvvələri tərəfindən dərhal cavab verilib.

Qaziantep valisi Davud Gül baş verənlərlə bağlı sosial media hesabından açıqlama verərək ölən və yaralanın olmadığını vurğulayıb.

Mənbə: Sabah

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri